Voloqdada müsəlman pravoslav kilsəsində namaz qılıb və... | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu da Rusiyada dini qalmaqala səbəb olub… ...Moskva müftisi İldar Alyautdinov qeyd edib ki, dini nöqteyi-nəzərdən kilsə naziri etiraz etmədiyi təqdirdə belə bir hərəkət məqbuldur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyada, Voloqdada bir müsəlman Müqəddəs Nikolay kilsəsində namaz qılıb.
Bundan sonra Moskvanın müftisi İldar Alyautdinov bəyan edib ki, dini nöqteyi-nəzərdən din xadiminin etiraz etmədiyi halda bu cür davranış məqbuldur.
Protokos Andrey Tkaçev Alyautdinovun sözlərinə cavab verərək vurğulayıb ki, müsəlmanın duası üçün daxili konsentrasiya kifayətdir, xalçadan istifadə və ritual hərəkətlərin icrası isə “ənənəni pozan təxribatdır”.
...O, kilsəyə girə bilər, möminlər arasında dayana bilər, öz bildiyi kimi, səssizcə, ağlında, ürəyində dua edə bilər.
Heç kim bunu heç vaxt qadağan etməyəcək. Bunu rusiyalı keşiş deyib.
...“Regnum” informasiya agentliyinin baş redaktoru Marina Əhmədova Telegram kanalında həmin şəxsin niyə pravoslav kilsəsini ziyarət etməsi ilə bağlı sual qaldırıb.
Tam oxu
Xəbəri oxu