Volqada buğda daşıyan yük gəmisi dayazlıqda qaldı

01.07.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Nijni Novqorod vilayətində Volqa çayında buğda yükü daşıyan "Nalçik" adlı gəmi dayazlıqda qaldı.

Redaktor.az xəbər verir ki, bu barədə Volqaboyu Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 1-də günorta saatlarında Qorodets şəhəri yaxınlığında baş verib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmiçilik marşrutu bağlanmayıb və gəminin saya oturduğu yerdən çıxarılması istiqamətində işlər aparılır.

Hadisə ilə bağlı gəmiçilik təhlükəsizliyi qaydalarına əməl olunması istiqamətində prokurorluq tərəfindən araşdırmaya başlanılıb.

Qeyd edək ki, may ayında da Mərmərə dənizində Kamerun bayrağı altında üzən "Ninova" adlı quru yük gəmisi Türkiyənin Karasu sahillərində güclü fırtına səbəbindən idarəetməni itirərək saya oturmuşdu. Həmin hadisə zamanı da xəsarət alan olmamış, gəminin xilas edilməsi üçün əməliyyat keçirilmişdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью