Volqoqrada kütləvi dron hücumu olub, neft emalı zavodunda yanğın baş verib

13.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Volqoqrad şəhəri və vilayəti noyabrın 13-nə keçən gecə kütləvi dron hücumuna məruz qalıb.

APA yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində Volqoqrad neft emalı zavodunun ərazisində güclü yanğın baş verib.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov dron hücumunu təsdiqləyib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının Volqoqradın cənubundakı sənaye müəssisəsinin ərazisinə düşməsi nəticəsində lokal yanğınlar baş verib.

Zavodun yerləşdiyi ərazidə daha sonra yeni partlayış səsləri eşidilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью