“Volvo Cars” 3000 işçisini ixtisar edəcək

26.05.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Avtomobil istehsalçısı “Volvo Cars” xərc və pul vəsaitlərinin idarə edilməsi planının bir hissəsi olaraq işçilərin ixtisarlarını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata görə, dünyanın müxtəlif ölkələrində 3000 işçi ixtisar olunacaq.
Bəyanatda deyilir ki, bu ixtisarlar ilk növbədə İsveçdəki ofislərdəki vəzifələrə təsir edəcək və dünya üzrə ofis işçilərinin ümumi sayının təxminən 15%-ni təşkil edəcək.
Şirkətin izah edib ki, bu struktur dəyişiklikləri “Volvo Cars”ın uzunmüddətli strategiyasını həyata keçirməsi, gəlirli artım üçün təməlini gücləndirməsi üçün zəruridir.
Şirkət artıq həmkarlar ittifaqları ilə danışıqlara başladığını qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью