“Volvo” kütləvi ixtisarlara başlayır

24.10.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


2026-cı ilin üçüncü rübündəki zəif maliyyə göstəricilərinə görə, “Volvo” avtomobil istehsalçısı İsveçdəki 2000 işçisi də daxil olmaqla, dünya miqyasında 2500 işçisini ixtisar edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Volvo”nun rüblük maliyyə nəticələri ilə bağlı press-relizində öz əksini tapıb.
“Volvo Cars” əvvəllər uğurla başa çatdırılmış xərclərin azaldılması proqramlarına əlavə olaraq, dolayı və dəyişkən xərcləri daha 5 milyard İsveç kronu azaltmağı planlaşdırır. Bu tədbirlər dünya miqyasında təxminən 2500 iş yerinin struktur ixtisarına səbəb olacaq ki, bunlardan 2000-i İsveçdədir”, - şirkət bildirib.
Qeyd edək ki, “Volvo“nun ilk üç rübdəki gəliri ötən ilki 86,4 milyard kronla müqayisədə 66,9 milyard krona düşüb. Bununla da, şirkətin əməliyyat zərəri 5,6 milyard kron təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью