“Volvo” piyadanı vuraraq öldürüb Sumqayıtda

05.12.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə M.Qorki küçəsində qeydə alınıb.

“Volvo” markalı avtomobil piyada, 1988-ci il təvəllüdlü Elvin Sahil oğlu Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью