Von der Leyen ABŞ ın tariflərinə qarşı heç bir cavab tədbiri elan etməyib

03.04.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın rüsumlarına qarşı hər hansı konkret cavab tədbiri elan etməyib və ABŞ prezidenti Donald Trampla rüsumların qaldırılması üçün danışıqlara çağırıb.

Bizimyol.info xəbər verir ki, eyni zamanda, xüsusi videomüraciətdə o, belə məsləhətləşmələr uğursuz olarsa, Aİ-nin əks tədbirlərinin görüləcəyini vəd edib.

"Biz ABŞ-la ticarət maneələrini aradan qaldırmaq üçün danışıqlara çağırırıq. Lakin biz hərəkətə keçməyə hazırıq. Biz cavab tədbirlərinin ilk paketini tamamlamağa yaxınıq və danışıqlar uğursuz olarsa, onları tətbiq etməyə hazır olacağıq", - deyə von der Leyen qeyd edib.

"Prezident Trampın qərarından dərin təəssüflənirəm. Qlobal iqtisadiyyat böyük zərər görəcək, nəticələr bütün dünya ölkələri üçün fəlakətli olacaq və ən həssas insanlara ağır zərbə vuracaq", - deyə o əlavə edib.

Avropa Komissiyasının rəhbəri cəmiyyətdə birliyə və avropalı istehsalçıların müdafiəsinə çağırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью