Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) ABŞ-ın Avropadan ixrac etdiyi polad və alüminium məhsullarına rüsumlar tətbiq etməsindən təəssüflənir və buna sərt tədbirlərlə cavab verəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
“Mən ABŞ-ın Avropadan polad və alüminium ixracına rüsumlar tətbiq etmək qərarından çox təəssüflənirəm.
Aİ-yə qarşı əsassız rüsumlar cavabsız qalmayacaq - onlar sərt və mütənasib əks tədbirlərə səbəb olacaq”, - deyə o qeyd edib.
Von der Leyenin sözlərinə görə, tariflər vergilərdir, biznes üçün pisdir, istehlakçılar üçün daha da pisdir.
“Aİ iqtisadi maraqlarını qorumaq üçün hərəkətə keçəcək. Biz işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı qoruyacağıq”, - deyə o qeyd
ABŞ prezidenti Donald Tramp ABŞ-a idxal edilən bütün polad və alüminium məhsullarına 25% rüsum tətbiq etməyi əmr edib.