Von der Leyen bir həftə pnevmoniya ilə xəstəxanada yatıb

13.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen bir həftə pnevmoniya diaqnozu ilə xəstəxanada yatıb və hazırda o, Almaniyada evində müalicəsini davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo məlumat verib.

“O, yanvarın 2-də müayinə üçün xəstəxanaya gedib və təxminən bir həftə - növbəti cümə gününə qədər xəstəxanada qalıb. Təxminən bir həftə xəstəxanada qaldı”, - deyə o bildirib. Pinyonun sözlərinə görə, AK rəhbəri hazırda Almaniyada evindədir, müalicəsini davam etdirir və vəziyyəti yaxşılaşır. O, fon der Leyenin tam olaraq nə vaxt işə qayıdacağını barədə dəqiq məlumar verməyib.

Yanvarın əvvəlində Avropa Komissiyası fon der Leyenin pnevmoniyaya tutulduğunu və yanvarın ilk iki həftəsində vəzifədə olmayacağını elan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью