Von der Leyen: Hindistan və Aİ strateji tərəfdaşlıq və dialoq seçiblər

26.01.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistan və Avropa Şurası ikitərəfli strateji tərəfdaşlıq, dialoq və açıqlıq seçiblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bildirib.

"Hindistan və Avropa İttivaqı (Aİ) aydın bir seçim ediblər: strateji tərəfdaşlıq, dialoq və açıqlıq. Buna nail olmaq üçün biz bir-birini tamamlayan güclü tərəflərimizdən istifadə edirik. Biz bölünmüş dünyaya başqa bir yolun olduğunu göstəririk", - deyə AK prezidenti 27 yanvarda Yeni Dehlidə keçiriləcək 16-cı Aİ-Hindistan Zirvə Toplantısının açılışından əvvəl Avropa Parlamentinə göndərdiyi məktubda yazıb.

Yeni Dehliyə gələn fon der Leyen və Avropa Şurasının prezidenti António Kosta bazar ertəsi günü Hindistanın Respublika Gününü qeyd edən hərbi paradda fəxri qonaqlar olublar. 27 yanvarda onlar Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək və 16-cı Aİ-Hindistan Zirvə Toplantısına həmsədrlik edəcəklər. Tədbirin gündəliyinə Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyətin müzakirələri, davamlı inkişafda əməkdaşlıq, qabaqcıl texnologiyaların, eləcə də innovasiyaların istifadəsi, təhlükəsizlik, həmçinin müdafiə sahəsində tərəfdaşlıq məsələləri daxildir.

Hindistan xarici işlər naziri Subrahmanyam Jaişankar forumdan əvvəl bildirib ki, tədbirin keçirilməsi "iki tərəf arasında artan qarşılıqlı anlaşmanı, yaxınlaşmanı əks etdirəcək və münasibətlərində yeni bir fəsil açacaq".

Yerli medianın məlumatına görə, sammitdə Hindistan və Aİ Avropa Parlamenti tərəfindən təsdiq də daxil olmaqla, zəruri hüquqi prosedurlardan sonra yaxın aylarda imzalanacaq azad ticarət müqaviləsi (FTA) üzrə danışıqların uğurla başa çatdığını elan etmək niyyətindədirlər. Tərəflər həmçinin ikitərəfli əlaqələri gücləndirmək üçün təhlükəsizlik və müdafiə sahəsində 2030-cu ilə qədər tərəfdaşlıq müqaviləsi imzalamağa hazırlaşırlar.

Hindistan və AB arasında azad ticarət sazişi ilə bağlı danışıqlar 2007-ci ildə başlamış, bir sıra mübahisəli məsələlər səbəbindən dəfələrlə dead-lok vəziyyətinə düşüb və 2013-cü ildə dayandırılıb. 2022-ci ildə isə qlobal ticarət müstəvisindəki kəskin dəyişikliklər fonunda danışıqlar yenidən bərpa edilib. 2024-cü ildə Hindistan və AB arasındakı ticarət həcmi 120 milyard avroya (təxminən 140 milyard dollar) çatıb. Avropa İttifaqı, Hindistanın ümumi ixracatının təxminən 17%-ni təşkil edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью