Von der Leyen Kiyevə 3,5 milyard avroluq yeni yardım paketi vəd edib

24.02.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə mart ayında mövcud proqramlar çərçivəsində 3,5 milyard avro məbləğində yeni yardım tranşını köçürəcəyinə söz verib.

Bizimyol.info xəbər verir ki, o, bunu Kiyevdə çıxışı zamanı bəyan edib, mətni Avropa Komissiyasının mətbuat xidməti yayıb.

“Avropa kritik günlərdə Ukraynanı gücləndirmək üçün buradadır. Mən elan edə bilərəm ki, martda Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı gələcək”, - deyə von der Leyen qeyd edib.

Avropa İttifaqı Kiyevə 2027-ci ilin sonuna qədər 50 milyard avro məbləğində makro-maliyyə yardım proqramı çərçivəsində ödənişlər etməyə davam edir ki, bu da Avropa Komissiyası tərəfindən 2042-ci ilə qədər qaytarılmalı kredit şəklində cəlb edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью