Von der Leyenin Nyu Yorkda Zelenski ilə görüşü gərgin keçib

23.09.2026

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Von der Leyenin Nyu-Yorkda Zelenski ilə görüşü gərgin keçib

Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının kənarında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşüb. Oxuməni.az xəbər verir ki, Bloomberg görüşün gərgin keçdiyini bildirib.

AB nümayəndələri Ukraynadan ölkənin kölgə iqtisadiyyatı ilə mübarizədə irəliləyiş əldə etməsini, vergi gəlirlərini artırmasını və əlavə maliyyə yardımı ayırmazdan əvvəl qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmasını tələb ediblər. Kiyev də öz növbəsində hava hücumundan müdafiə sistemlərinin olmaması ilə bağlı narahatlığını bildirib.

Bloomberg qeyd edir ki, Ukrayna münaqişəsinin başlamasından illər sonra Kiyev və onun əsas müttəfiqləri arasında fikir ayrılıqları artmağa başlayır. Ukrayna bəzi Avropa ölkələrinin raket tutucuları təchiz etmək istəməməsindən əsəbiləşir, Kiyevin tərəfdaşları isə maliyyə yardımına artan tələblərdən qıcıqlanır.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью