Voronej ətrafında 10 PUA məhv edilib

28.12.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Voronej ətrafı və vilayətin bir sıra rayonlarında 10-dan çox pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Regionun rəhbəri Aleksandr Qusev bildirib ki, ilkin məlumata görə, itki yoxdur.

Qubernator həmçinin bildirib ki, PUA-nın dağıntılarının düşməsi Voronej vilayətinin rayonlarından birində dəmir yolunda əlaqə şəbəkəsinin qırılmasına səbəb olub. Qatarlarda gecikmələr gözlənilir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью