Voronej vilayətində hərbi helikopter qəzaya uğradı

05.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri sərt enişdən sonra alovlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Moe” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.

“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyi bildirilir. Qəzanın səbəbləri məlum deyil”, - deyə məlumatda bildirilir.

Mi-28 helikopteri aktiv atəş müqaviməti şəraitində tankların və digər zirehli texnikanın, eləcə də aşağı sürətli hava hədəflərinin, düşmənin şəxsi heyətinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью