Vosmoy” bazarında sökülən polkalar bərpa olunacaq?

28.11.2024

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ay Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin qarşısı alınıb, ərazidə piştaxtalar sökülərək yerlər boşaldılıb.

Nizami Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirmişdi ki, "8-ci km bazarı"nın ("Vosmoy bazarı") ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülmüşdü. 

"Qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülüb. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işləri aparılıb".

Milli.Az xəbər verir ki, obyekt sahibləri bildirir ki, onlara satış yerlərinin noyabrın sonuna doğru yenidən bərpa olunacağı deyilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью