“Vosmoy” bazarının satıcıları ümidini itirmir (VİDEO)

27.11.2024

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, ötən ay Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin qarşısı alınıb, ərazidə piştaxtalar sökülərək yerlər boşaldılıb.

İndi obyekt sahibləri bildirir ki, onlara satış yerlərinin noyabrın sonuna doğru yenidən bərpa olunacağı deyilib. 

Həmin vaxt-vədə isə artıq dolub. Kiçik sahibkarlar mallarının əldə qaldığını, satmağa piştaxta olmadığı üçün pərakəndə satışla məşğul olduqlarını deyirlər.

Bəs satış obyektlərinin bərpa olunacağına hansısa ümid varmı? İşsiz qalan satıcılar hazırda nə işlə məşğul olurlar?

"Qafqazinfo” "Musavat.com”un ərazidən hazırladığı videonu təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью