Vovçansk şəhəri uğrunda şiddətli döyüşlər gedir

17.12.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya ordusunun Ukraynanın Xarkov vilayətindəki Vovçansk şəhərinin ələ keçirilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil”.

Reyting.az xəbər verir ki, bunu “Forpost” briqadasının mətbuat xidmətinin rəhbəri Roman Kosse deyib.

Bölgədəki vəziyyət barədə danışan R. Kosse əlavə edib ki, müdafiə qüvvələri Vovçanskda, xüsusən də şəhərin cənub hissələrindədir.

Hərbçi Rusiya ordunun müəyyən üstünlüklər qazandığını etiraf edib.

“Amma indi Xarkov bölgəsinə şaxta gəlib və uçuşlarımız işğalçılar üçün daha təsirli və daha ağrılıdır”, - deyə o qeyd edib.

Kosse izah edib ki, Vovçansk uğrunda döyüşlər bir neçə ildir davam edir və şəhərdə vəziyyət hazırda çox gərgindir. Bir sözlə, şəhərdən qalan tək şey evlərin qalıqlarıdır.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью