Voytsex Şensnı Barselona nın əsas qapıçısı olmaqda davam edəcək

18.04.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək.

Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik qarşıdakı oyunlarda da 35 yaşlı qolkiperə güvənəcək.

Daha əvvəl əsas heyətdə yer alan, lakin cari mövsümün əvvəlində ciddi zədə ilə üzləşən Mark-Andre ter Şteqenin durumu düzəlməyə doğru getsə də, baş məşqçi polşalı "əlcək sahibi"nə üstünlük verməyi düşünür.

Qeyd edək ki, Voytsex Şensnı oktyabrda karyerasını bərpa etdikdən sonra "Barselona"nın heyətində 23 oyun keçirib. O, 12 matçda 21 qol buraxıb, 11 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью