Vozinyaya xüsusi icazə verildi

05.08.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Vozinyaya xüsusi icazə verildi

Çilinin “Kolo-Kolo” klubunun qapıçısı Vozinya oyun formasında ləqəbindən istifadə edə biləcək.

QOL.az xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb. Çili futbol qurumları Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Jozimar Joze Evora Diaşa xüsusi icazə veriblər.

Portuqal dilindən tərcümədə “nənə uşağı” mənasını verən “Vozinya” ləqəbi futbolçunu bütün karyerası boyunca müşayiət edib. Bu ləqəb onun nənəsi və babasına ehtiramının ifadəsidir.

Çili çempionatının qaydalarına əsasən, futbolçuların formalarında yalnız soyadları yazılmalıdır. Lakin təcrübəli qapıçı üçün istisna edilib.

Qeyd edək ki, “Kolo-Kolo” avqustun 4-də Vozinya ilə müqavilə imzaladığını açıqlayıb. O, 2024-cü ildən Portuqaliyanın “Şaveş” klubunda çıxış edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью