Voznesenka qəsəbəsi Rusiyanın nəzarətinə keçib

14.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi ordunun Donetsk vilayətində Voznesenka qəsəbəsini ələ keçirdiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Açıqlamada Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyi ifadə edilib: 

"Mərkəzi hərbi birləşmələr Donetskdəki Voznesenka qəsəbəsini işğaldan azad edib". 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Rovnopol qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью