VPN lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun

13.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Server saxlamaq xərc tələb edir, deməli, bu pulu kimsə ödəyir. Bu da adətən reklamlar, premium abunəliyə yönləndirmə və bəzən istifadəçi məlumatlarının satışı hesabına baş verir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında İKT üzrə ekspert Asif Rzayev bildirib.

Onun sözlərinə görə, bəzi pulsuz VPN tətbiqləri istifadəçilərin daxil olduğu saytları, IP ünvanlarını və cihaz məlumatlarını reklam şirkətlərinə ötürür: Dördpendirli pizza

“Bəziləri isə sizin internet kanalınızı başqalarına icarəyə verir. Yəni məlumatların satılması real hallardır.

Bütün tətbiqlərdə olmasa da, “pulsuz” olanlarda risk xeyli yüksəkdir. HTTPS protokolu olan saytlarda (bank, elektron poçt və s.) məzmun VPN-dən şifrələnmiş formada keçir, buna görə də normal VPN şifrənizi birbaşa görə bilməz.

Əsas təhlükə zərərli tətbiqlərdədir: saxta VPN klaviatura yazılarını oxuya, ekran üzərinə saxta pəncərələr çıxara və ya SMS kodlarını ələ keçirə bilər. Ona görə də VPN aktiv olduğu zaman mümkün qədər bank əməliyyatları aparmayın”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью