Vret Tottenhemlə oyundan sonra polisə müraciət etdi

13.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Kubokunun 1/32 finalında “Tottenhem” klubuna məğlubiyyətdən sonra “Tamuort”un futbolçusu Kris Vret irqçi təhqirlərə məruz qalıb.

Fanat.Az “SkySports”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu oyundan sonra sosial şəbəkədə bu barədə bildirib.

Ona ünvanlanan təhqir mesajının görüntüsünü paylaşan futbolçu artıq polisə müraciət etdiyini deyib. Polisdən verilən açıqlamada təhqiramiz mesajdan xəbərdar olduqları və klubla əlaqə saxlanıldığı bildirilib.

Qeyd edək ki, görüş "Tottenhem"in 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью