VSJ: İsraildən Trampa sui qəsd iddiası

10.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ mətbuatı İsrailin İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatlarını Vaşinqtonla paylaşdığını yazıb.

Turkustan.az xəbər verir ki, "Wall Street Journal" qəzetinin məsələdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İsrail rəsmiləri İranın Trampa qarşı yeni sui-qəsd hazırladığına dair kəşfiyyat məlumatlarını ABŞ tərəfinə təqdim edib.

Qəzetin sorğusuna cavab olaraq Vaşinqtondakı İsrail səfirliyi məsələni şərh etməkdən imtina edib. İranın BMT-dəki Daimi Nümayəndəliyi isə sorğulara cavab verməyib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью