VTB (Azərbaycan) qeyriiş günlərində də müştərilərə xidmət göstərəcək

07.11.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

VTB (Azərbaycan) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək.

08–13 noyabr 2024–cü il tarixlərində Bankın “28 May” filialı müştərilərin xidmətində olacaq. Filial saat 09:00-dan 18:00-a kimi işləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, 8 və 11, 12, 13 noyabr tarixlərində saat 10:00-dan 17:00-dək müştərilər Bankın 986 nömrəli Əlaqə Mərkəzi ilə əlaqə saxlaya biləcəklər.

VTB (Azərbaycan) Azərbaycan xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью