VTB Bank 200 milyondan çox zərər etdi

05.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

VTB Bank (Azərbaycan)ın 2026-cı ilin 2-ci rübünə olan hesabatında diqqətçəkən mənzərə yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bankın yığılmış zərəri 207,575 milyon manata çatıb. Bankın fəaliyyətini qoruyan yeganə amil səhmdarların yatırdığı 315,815 milyon manatlıq nizamnamə kapitalıdır. Məhz bu vəsaət hesabına 1-ci dərəcəli kapital 97,149 milyon manat, məcmu kapital isə 105,075 milyon manat olaraq müsbətdə qalıb.

Yüksək zərərə baxmayaraq, adekvatlıq göstəriciləri normativləri üstələyir. 1-ci dərəcəli kapitalın adekvatlığı 31,7% (norma min. 5,5%), məcmu kapitalın adekvatlığı 34,3% (norma min. 10,5%), leverec əmsalı 28,47% (norma min. 4%), risk dərəcəli aktivlər isə 306,259 milyon manat təşkil edib. pizza hut

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью