Vuçiç parlamenti buraxdı Növbədənkənar seçkilər olacaq

09.09.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. 

Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədəki gərginlik və siyasi münaqişələr növbədənkənar seçkilərin keçirilməsini zəruri edib.

Qeyd edək ki, parlamentin buraxılması Serbiyada növbədənkənar seçkilərin keçirilməsi üçün zəruri şərtdir. Hakim Serb Tərəqqi Partiyası prezidentlik müddəti gələn il başa çatacaq Aleksandr Vuçiçi qarşıdan gələn seçkilərdə baş nazir postuna namizəd təyin edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью