Vuçiç Putini Qələbə Günü münasibətilə təbrik etdi

06.05.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Serbiya prezidenti Aleksandr Vuçiç Qələbə Günü münasibətilə həmkarı Vladimir Putin üçün Rusiya səfiri Aleksandr Botsan-Xarçenkoya təbrik məktubu təqdim etdiyini açıqladı.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Paylaşım onun İnstaqram səhifəsində dərc olunub.

Vuçiç bildirib ki, “Mən səfirə Rusiya Prezidenti Vladimir Putin üçün bəşəriyyət tarixinin ən şanlı bayramlarından biri olan Qələbə Günü münasibətilə təbrik məktubu təqdim etdim. Məktubda 9 Mayın xalqlarımızın əzmkarlığının və qəhrəmanlığının əbədi simvolu olaraq qaldığı bildirilirdi”.

Prezident Serbiyanın “tarixi yenidən nəzərdən keçirmək cəhdlərinə” icazə verməyəcəyinə söz verdi.

Maqsud

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью