Vuçiç Putinlə niyə yan yana dayandı, anlamıram... Kallas

23.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Birliyi üzvlüyünə namizəd olan Serbiya strateji seçim qarşısındadır.

Axar.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Serbiya harada olmaq istədiyi ilə bağlı strateji, geostrateji seçim qarşısındadır. Serbiyanın Avropa gələcəyi onun dəstəkləyəcəyi dəyərlərdən asılıdır”, - o bildirib.

Kallasın sözlərinə görə, o, Serbiya Prezidenti Aleksandr Vuçiçlə mayın 9-da Moskvaya səfərini də müzakirə edib:

“Öz aydın, dəqiq fikrimi bildirdim. Ukraynada bu dəhşətli müharibəni aparan adamla niyə yan-yana durmalıyıq, həqiqətən də anlamıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью