Vuçiç: Serbiya Avropa İttifaqına üzv olmaq yolundan dönməyəcək

02.06.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Serbiya Avropa İttifaqına (Aİ) üzvlük istiqamətindəki siyasətini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Bloomberg" agentliyinə müsahibəsində deyib. Prezident bildirib ki, ölkəsi hansı təzyiqlərlə üzləşməsindən asılı olmayaraq, Aİ-yə inteqrasiya yolundan geri çəkilməyəcək.

A.Vuçiç qeyd edib ki, Serbiya Avropa İttifaqına üzv olmaq üçün tələb olunan şərtləri yerinə yetirmək istiqamətində işlərini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью