Vuçiç: “Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”

15.09.2026

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Belqrad və Bakı arasındakı sıx əlaqələr intensiv siyasi dialoq və iki ölkənin bütün səviyyələrdə nümayəndələri arasında tez-tez keçirilən görüşlərlə sübut olunur”

“Serbiya ticarət, investisiya, mədəniyyət, təhsil və turizm sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiçin “İnstagram” səhifəsindəki paylaşımında qeyd edilib. Bildirilib ki, Prezident bu açıqlamanı Belqraddakı yeni səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul edərkən verib.

Prezident Vuçiç qeyd edib ki, “Belqrad və Bakı arasındakı sıx əlaqələr intensiv siyasi dialoq və iki ölkənin bütün səviyyələrdə nümayəndələri arasında tez-tez keçirilən görüşlərlə sübut olunur”.

"Yeni təyin olunmuş Azərbaycan səfirinə uğurlar arzuladım və əmin olduğumu bildirdim ki, ölkələrimiz arasında strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafı onun səlahiyyət müddəti ərzində davam edəcək, qarşılıqlı etimadın əsaslarından biri olan suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı dəstək daha da güclənəcək", - deyə Serbiya Prezidenti yazıb.

O, vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının da daxil olduğu səfər ikitərəfli münasibətlərdə yeni bir fəsil açıb.

Vuçiç qeyd edib ki, "Enerji və infrastruktur sahəsində güclü tərəfdaşlıqla yanaşı, ticarət, investisiya, mədəniyyət, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladım və xüsusilə Belqradda keçiriləcək EXPO 2027 sərgisində iştirakını təsdiqlədiyinə görə Azərbaycana minnətdarlığımı bildirdim".

Xatırladaq ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın Serbiyadakı yeni səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью