Vuçiç Serbiya prezidenti postundan GEDİR

11.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı postundan istefa verə biləcəyini və respublikanın baş naziri vəzifəsinə öz namizədliyini irəli sürəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Belqrad" radiosunun efirində çıxış edərkən bildirib.
 

"Mən istefa verməyi planlaşdırıram, bu barədə sizə məlumat verəcəyəm, heç kim üçün heç nə sürpriz olmayacaq", - deyə Serbiya lideri vurğulayıb.


Prezident əlavə edib ki, artıq öz iqamətgahında olan və sayı çoxluq təşkil edən kitablarını qutulara yığmağa başlayıb.
Qeyd edək ki, mayın 25-də Çinə səfəri zamanı Vuçiç tezliklə istefa ərizəsi təqdim edəcəyini bəyan etmişdi.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью