Vuçiç: Serbiya tarixinin ən güclü ordusuna malikdir

04.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin hərbi baxımdan tarixinin ən güclü dövrünü yaşadığını bildirib.

APA xəbər verir ki, bu barədə o, Bosniya və Herseqovinaya səfəri zamanı çıxışında danışıb.

Vuçiç Serbiyanın hərbi neytrallıq siyasətini davam etdirəcəyini vurğulayıb.

“Bugünkü Serbiya tarixində heç vaxt olmadığı qədər güclüdür. Heç kimə hücum etməyəcəyik, lakin ordumuz və silahlanmamız elə səviyyədədir ki, heç kimin bizə hücum etmək fikri olmayacaq”, – deyə o bildirib.

Serbiya Prezidenti ölkəsinin Çinlə qardaşlıq münasibətlərinə malik olduğunu və silahlı qüvvələrinin müasir silahlarla təchiz edildiyini də qeyd edib.

Vuçiç xatırladıb ki, Belqrad 1999-cu ildə NATO-nun həyata keçirdiyi hərbi əməliyyatların təkrarlanmaması üçün silah alışını, o cümlədən Çindən raket sistemlərinin alınmasını davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью