Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiyada növbədənkənar parlament seçkilərinin bu ilin payızında keçirilməsi planlaşdırılır.
Milli.Az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
Onun sözlərinə görə, parlament seçkiləri oktyabr və ya noyabr aylarında baş tuta bilər. Prezident seçkilərinin isə daha sonra keçiriləcəyi gözlənilir.
"Mən sözümə əməl edəcəyəm. İndi xalqın öz iradəsini ifadə etmək vaxtıdır. Parlament seçkiləri mütləq ilin sonunadək, prezident seçkiləri isə bir qədər sonra keçiriləcək", - deyə Vuçiç bildirib.
Qeyd edək ki, Aleksandr Vuçiç daha əvvəl istefa verəcəyini açıqlamışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)