Vuçiç Serbiyanı bu liderlərə platforma kimi təklif etdi

13.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Serbiya Rusiya Federasiyasının prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında gələcək danışıqlar üçün platformaya çevrilə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç açıqlayıb. 

Onun sözlərinə görə, həm Putin, həm də Tramp Serbiyada populyardır: "Mən heç vaxt dünya məsələlərinə qarışmamışam, lakin Serbiya Rusiya və ABŞ prezidentinin görüş yeri olmaqda maraqlıdır". 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью