Vuçiç Türkiyəni ittiham etdi, Osmanidən cavab gecikmədi

09.10.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Türkiyənın Kosovanı kamikadze dronlarla silahlandırması məni dəhşətə gətirir”. 

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç Ankaranı BMT Nizamnaməsini pozduğunu bildirib: 

“Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır. Balkanlarda sabitlik istəmir”.

Kosovonun Baş naziri Albin Kurti ölkəsinin Türkiyədən 2026-cı ilin yanvarına planlaşdırılan, lakin üç ay tez həyata keçirilən minlərlə “Skydagger” döyüş kamikadze pilotsuz təyyarəsi aldığını açıqlayıb. 

Kosova Prezidenti Vjosa Osmani isə Vuçiçi tənqid edərək Türkiyənin sadəcə sülhün qorunması üçün çalışdığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью