Vuçiç və Lukaşenko Bakıdadır Yenilənib Foto

11.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью