Vuçiç və Zelenski arasında telefon danışığı baş tutub

26.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə serbiyalı lider “Instagram” hesabında məlumat yayıb.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq müzakirə edilib, Serbiyanın Kiyevdəki diplomatik missiyasının fəaliyyətinin bərpası fonunda əlaqələrin yaxşılaşdırılmasına ümid ifadə olunub.

“Biz ölkələrimizin Avropa yolunu, eləcə də gələcəkdə daha tez-tez ikitərəfli səfərlərin həyata keçirilməsi imkanlarını müzakirə etdik”, - Vuçiç qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью