Vuçiçdən bəyanat: Bir neçə həftəyə postumu tərk edirəm”

29.06.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib ki, artıq avqustda və ya sentyabrın əvvəlinədək öz istefasını elan edə bilər. Ölkədə növbədənkənar parlament seçkiləri isə yaxın üç-dörd ay ərzində baş tuta bilər.
Bizim.Media bu barədə xarici KİV-ə istinadla xəbər verir.
 

Vuçiçin sözlərinə görə, onun gələcək siyasi planları ilə bağlı qərar açıq şəkildə elan olunacaq və vətəndaşlar üçün gözlənilməz olmayacaq. Bununla belə, o, prezident vəzifəsindən getdikdən sonra baş nazir postuna namizədliyini irəli sürmək niyyətində olub-olmaması barədə suala cavab verməkdən yayınıb.


Bundan əvvəl, iyunun 27-də Vuçiç dövlət başçısı vəzifəsini "bir neçə həftəyə" tərk edəcəyini və hakim Serbiya Tərəqqi Partiyasına qarşıdan gələn parlament seçkilərində qələbə qazanmağa kömək etmək niyyətində olduğunu bildirmişdi. O, növbədənkənar səsvermənin sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçirilə biləcəyini bəyan etmişdi.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью