Vuçiçdən dövlət çevrilişi iddialarına reaksiya

17.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az "Report"a istinadla xəbər verir ki, o bu barədə Serbiya parlamentinin təsis iclasında çıxışı zamanı bildirib.

"Biz sizin hər hansı bir işinizə mane olmaq niyyətində deyilik. İstəyirik ki, müvafiq orqanları mümkün qədər tez formalaşdırasınız. Bu proses bizim əhəmiyyətli çoxluğa malik olduğumuz əvvəlki prosesdən xeyli qısa çəkməlidir. Bizim tərəfimizdən heç bir maneə ilə üzləşməyəcəksiniz", - Vuçiç qeyd edib.

O, həmçinin siyasətdə insanların həm qələbə, həm də məğlubiyyətə normal yanaşmalı olduğunu vurğulayıb.

Vuçiç oktyabrın 25-dən 26-na keçən gecə seçkilərdə məğlubiyyətdən sonra dövlət çevrilişi planlaşdırması ilə bağlı səsləndirilən iddiaları da təkzib edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью