Vuçiçdən ittiham: Osmanlını bərpa etməyə çalışırlar

09.10.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Türkiyə minlərlə "Skydagger" dronlarını tanınmamış Kosovo respublikasına verməklə BMT Nizamnaməsini pozur".

Yenisabah.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç "X" sosial media səhifəsində yazıb.

"Türkiyənin davranışı, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin kobud şəkildə pozulması, habelə Priştina hakimiyyətinin davamlı silahlanmasından dəhşətə gəlirəm. İndi tamamilə aydındır ki, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır", - Serbiya lideri bildirib. pizza

Oktyabrın 8-də Kosovonun baş naziri Albin Kurtin türk PUA-larının alındığını açıqlayıb. Onların təhvil verilməsi əvvəlcə gələn ilin yanvarına planlaşdırılmışdı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью