Vuçiçə qalib gələn tələbələr istefa İSTƏYİR

29.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Serbiyada polis və kəşfiyyat rəhbərlərinin istefası tələb olunur

Serbiyada parlament seçkilərində qalib gəldiyi bildirilən Tələbə Siyahısının nümayəndələri polis və təhlükəsizlik xidmətlərinin rəhbərlərinin istefasını tələb ediblər.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Tələbə Siyahısının namizədi Svetlana Stanareviç mətbuat konfransında bu barədə bildirib. O deyib ki, Təhlükəsizlik və İnformasiya Agentliyi indiyədək dövlətin deyil, əsasən müəyyən siyasi partiyanın maraqlarına xidmət edib. O, agentliyin direktoru Vladimir Orliçin dərhal istefa verməsini tələb edib.

Stanareviç, həmçinin agentliyin əməkdaşlarını siyasi rəqibləri nüfuzdan salmağa yönəlmiş fəaliyyətləri dayandırmağa və qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.O vurğulayıb ki, Tələbə Siyahısı Serbiyanın Hərbi Kəşfiyyat İdarəsinin və Respublika Polisinin yüksək vəzifəli şəxslərinin də istefasını tələb edir.
Xatırladaq ki, Serbiya Milli Assambleyasına növbədənkənar seçkilər oktyabrın 25-də keçirilib. İlkin nəticələrə əsasən, Tələbə Siyahısının 141, keçmiş prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi Birləşmiş Serbiya siyahısının isə 103 mandat qazanacağı gözlənilir. Yeni hökumətin formalaşdırılması üçün parlamentdə ən azı 126 deputatın dəstəyi tələb olunur.

Vuçiç daha əvvəl seçkilərdə məğlubiyyətini etiraf edib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью