Vuçiçə şok xəbərdarlıq: Əgər Moskvaya getsən... | Icma.az
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əgər Prezident Aleksandr Vuçiç mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edərsə, Serbiyanın Avropa Birliyinə üzvlüyü qadağan edilə bilər.
Axar.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin baş katibi Conatan Vsevyov deyib.
O, serb liderə xəbərdarlığında bildirib ki, Rusiyaya səfər AB-yə üzvlük meyarlarının pozulmasıdır və bu səfər onun ölkəsinin Avropa ambisiyalarına zərbə vuracaq: "Biz əmin olmalıyıq ki, onlar müəyyən qərarların bədəlinin olduğunu başa düşürlər.
Ruslar insanları cəlb etmək üçün çox çalışıblar. Bu, bizim üçün mühüm test olacaq.
Əsasən, onların bizim tərəfdə olub-olmamasına, yoxsa digər komandada oynamasına baxırıq".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu