Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyi ölkə prezidenti Aleksandr Vuçiçə Monteneqroda keçiriləcək Aİ-Qərbi Balkan ölkələri sammitində sui-qəsd təhlükəsi barədə ciddi xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, rəsmi bəyanatda dövlət başçısının həyatına qarşı real təhdidlərin olduğu bildirilir.
Kəşfiyyatın bu qənaətə gəlməsinə səbəb Monteneqroda xarici xüsusi xidmət orqanlarının və kriminal klanların, xüsusilə "Kavaçki" cinayət şəbəkəsinin rəhbəri Radoe Zvitserin aktivləşməsi barədə əldə edilən əməliyyat məlumatlarıdır.
Serbiya tərəfi onu da vurğulayıb ki, peşə qaydalarına zidd olaraq, ev sahibi Monteneqro təkrarən tələb edilən təhlükəsizlik hesabatını onlara təqdim etməyib.
Töhfə Səməd