Vuçiçin səhhəti pisləşdi: ABŞ dan Serbiyaya qayıdır

03.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil pisləşib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.

Məlumata görə, Vuçiç ABŞ-da keçirilməsi planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə Serbiyaya qayıtmaq qərarı verib. Qərar onun həkimləri ilə məsləhətləşmədən sonra qəbul olunub.

Prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью