Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir

02.09.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Amerikalı məşhur rejissor və prodüser Vudi Allen ABŞ prezidenti Donald Trampla film çəkilişində bir yerdə işləməyi arzulayır.
Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Vudi Allen özü deyib.
“Əgər o, indi prezident olanda mənə rəhbərlik etməyə icazə versəydi, möcüzələr edə bilərdim”,- deyən rejissor 1998-ci ildə ekranlara çıxan “Celebrity” filminin çəkilişləri zamanı Trampla iş təcrübəsini yada salıb:
“Filmdə Amerikanın gələcək prezidenti özünü canlandırıb. Onunla işləmək çox xoş idi və çox istedadlı aktyor olduğu ortaya çıxdı”.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью