Vulin: Rusiyaya qarşı sanksiyalar Serbiyaya 15 milyard avroya başa gələcək

10.04.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyaya qarşı sanksiyalar Serbiyaya 15 milyard avroya başa gələcək və bu cür itkilər ölkəni məhv olmaq riski ilə üz-üzə qoya bilər.

Bu barədə TASS-a Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.

Vulin Serbiyanın “Ukraynadakı müharibəni maliyyələşdirməyə hazır olmadığını” vurğulayıb. “Və Aİ-nin Serbiyaya nə qədər az əhəmiyyət verməsi onu göstərir ki, bizim Rusiyaya qarşı sanksiyalarımız ona hətta minimal ziyan vurmayacaq, əksinə, bizi məhv edəcək – amma Aİ bunu etməkdə israrlıdır”, - Serb baş nazirinin müavini bildirib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью