Vulkan püskürməsi 3 nəfərin həyatına son qoydu

08.05.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İndoneziyada baş verən vulkan püskürməsi nəticəsində 3 alpinist həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, “Channel News Asia” telekanalının yaydığı məlumata görə, ölkənin North Maluku bölgəsində yerləşən Dukono vulkanı bu gün səhər saatlarında aktivləşərək təxminən 10 kilometr yüksəkliyə kül püskürməyə başlayıb.

Hadisə zamanı dağa qalxan alpinistlərdən 3 nəfərin öldüyü, daha 10 nəfərdən isə hələ də xəbər alınmadığı bildirilib.

Həlak olan alpinistlərdən 2-nin Sinqapur, 1-nin isə İndoneziya vətəndaşı olduğu qeyd edilib.Halmahera adasında yerləşən üç vulkandan biri olan Dukono vulkanı 1933-cü ildən bəri müəyyən fasilələrlə aktivlik göstərir.

Vulkan sonuncu dəfə 6 aprel tarixində püskürmüş, həmin vaxt bölgədə olan alpinistlər xəsarət almadan xilas olmuşdular.

“Sakit okean Odlu Qövsü” adlanan zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью