Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi

06.09.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Anak-Krakatau vulkanının püskürməsinin fəsadları İndoneziyada, paytaxt hava limanı və Bali adasındakı aeroport da daxil olmaqla, azı altı hava limanında reyslərin təxirə düşməsinə, iş rejimində fasilələrə və müvəqqəti bağlanmaya səbəb olub.

Bu barədə İndoneziya aviasiya qurumlarının məlumatında bildirilir.

Xüsusilə, Cakarta yaxınlığındakı Sukarno-Hatta beynəlxalq hava limanı və Balidəki Nqurah Ray adına beynəlxalq hava limanı müvəqqəti olaraq bağlı qalır.

Həmçinin ölkənin digər aeroportlarında onlarla reysin vaxtının dəyişdirildiyi və ya ləğv edildiyi bildirilib. Bu, ilk növbədə kül yağıntıları ilə əlaqədardır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью