Vulkanda 4 dəfə püskürmə oldu

25.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində Levotobi Laki-laki vulkanının dörd püskürməsi baş verib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, püskürmələr səhər tezdən başlayıb.

Qeyd olunub ki, dördüncü və sonuncu yerli vaxtla 15:46-da baş verib. 

Milli Geologiya Agentliyi ictimaiyyətə və turistlərə Levotobi vulkanının püskürməsinin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Səlahiyyətlilər həmçinin güclü yağışlar zamanı lava axınının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər. 

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью