Vulverhempton 123 il öncə qeydə alınan fiaskonu təkrarladı

31.12.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Dünən İngiltərə Premyer Liqasının XIX turu çərçivəsində "Mançester Yunayted"lə 1:1 hesablı bərabərliyə razılaşan autsayder "Vulverhempton" 123 il əvvəlki antirekordu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, "canavarlar" İngiltərədə mövsümün startından 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.

Son dəfə belə bərbad çıxışla 1902/1903 mövsümündə "Bolton" diqqət çəkib.

Qeyd edək ki, "Vulverhempton" cari mövsüm 3 heç-heçə 16 məğlubiyyətlə yadda qalıb. Komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью